Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Səid əl-Xudridən belə söylədiyi rəvayət edilir: Müaviyə məsciddə oturan bir dəstənin yanına gəldi və dedi: Nə üçün oturmusunuz? Onlar dedilər:“Biz Allahı zikr etmək üçün oturmuşuq”. O, dedi: Allaha and için ki, bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, bundan başqa bir şey üçün oturmamışıq. O, dedi: Mən sizi töhmət (yalanda ittiham) etmək üçün sizə and içdirmədim. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim qədər yaxın elə bir adam yoxdur ki, sayca məndən az hədis rəvayət etsin: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir dəstə səhabəsinin yanına gəlib dedi: “Nə üçün oturmusunuz?” Onlar dedilər: “Biz Allahı zikr edib, bizi İslama hidayət etdiyinə və onunla bizə bəxş etdiyi nemətlərinə görə Ona həmd-səna etmək üçün oturmuşuq". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and için ki,yalnız bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, ondan başqa bir şey üçün oturmamışıq. O, dedi: «Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir."
Explanation
Benefits
Yalanda ittiham etmədən, xəbərin əhəmiyyətini vurğulamaq üçün and içdirməyin icazəli olması.
Zikr və elm məclislərinin fəziləti və Allahın bu məclisləri sevməsi və mələklər qarşısında onunla (məclisin iştirakçıları ilə) öyünməsi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

