Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir
Əbu Səid əl-Xudridən belə söylədiyi rəvayət edilir: Müaviyə məsciddə oturan bir dəstənin yanına gəldi və dedi: Nə üçün oturmusunuz? Onlar dedilər:“Biz Allahı zikr etmək üçün oturmuşuq”. O, dedi: Allaha and için ki, bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun…

