İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır".
Explanation
Birincisi: Vəqf, məscid tikmək, quyu qazmaq və s. kimi savabı axarlı və davamlı, fasiləsiz olan sədəqə.
İkincisi: Elm kitabları yazmaq və ya kiməsə elm öyrədib, öldükdən sonra həmin şəxsin bu elmi yayması kimi insanların faydalandığı elm.
Üçüncüsü: Valideynlərinə dua edən saleh mömin övlad.
Benefits
Hədisdə bu üç əməl xüsusi olaraq qeyd edilmişdir. Çünki onlar xeyirin əsaslarıdır və adətən fəzilət sahiblərinin özlərindən sonra qalmağını qəsd etdikləri şeylərdir.
Faydalı olan hər bir elm üçün savab əldə edilir, lakin onun başında və zirvəsində şəriət elmi və onu dəstəkləyən elmlər dayanır.
Bu üç şeyin ən faydalısı elmdir. Çünki elm həm onu öyrənən insana fayda verir, həm də şəriətin qorunmasına xidmət edir, ümumilikdə bütün insanlara xeyir gətirir. O, daha geniş və əhatəlidir. Çünki insan sənin elminlə həm həyatında, həm də ölümündən sonra faydalana bilər.
Saleh övladlar yetişdirməyə təşviq etmək. Çünki məhz onlar axirətdə valideynlərinə fayda verəcəklər. Onların faydalarından biri də valideynləri üçün dua etmələridir.
Valideynlər öldükdən sonra onlara yaxşılıq etməyə təşviq etmək. Bu həmçinin övladın özünə fayda verən xeyirxahlığın bir növüdür.
Dua, övlad tərəfindən edilməsə belə, ölüyə fayda verir. Lakin hədisdə övladın xüsusilə qeyd olunmasının səbəbi budur ki, valideynləri üçün ölümündən sonra da davamlı şəkildə dua edənlər əsasən məhz övladlardır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

