Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (salləllahu aleyhi va səlləm) belə demişdir: "Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".
Explanation
Benefits
Çətin vəziyyətdə olana (borcu qaytara bilməyənə) asanlıq göstərməyə təşviq etmək.
Müsəlman qula kömək etməyə təşviq etmək. Çünki Uca Allah da qardaşına kömək edən kimsəyə, köməyi qədərində yardım edər.
Bir müsəlmanı örtmək: onun eyiblərini axtarmamaq anlamındadır. Bəzi sələflərin belə dediyi rəvayət olunur: "Elə bir qövmə rast gəldim ki, onların eyibləri yox idi. Lakin başqalarının eyiblərini danışdılar və nəticədə - insanlar da onların eyiblərini aşkara çıxartdı. Elə bir qövmə də rast gəldim ki, onların eyibləri var idi. Lakin başqalarının eyiblərini ört-basdır etdilər və nəticədə onların eyibləri də unuduldu".
İnsanların eyiblərini örtmək, heç də pisliyi görməməzlikdən gəlmək və onu dəyişdirməmək anlamına gəlmir. Əksinə, pislik aradan qaldırılmalı və eyib örtülməlidir. Bu, xüsusən fəsad törətməklə tanınmayan və azğınlıqda israrlı olmayan kəslər üçün tətbiq edilir. Amma bu cür tanınan şəxsə gəldikdə isə, onun eyibini örtmək bəyənilmir. Əksinə, əgər fitnə-fəsadın çıxması qorxusu olmasa, onun işi səlahiyyətli şəxslərə çatdırılmalıdır. Çünki onun eyibini örtmək, onu fəsadda daha da cəsarətləndirər, insanlara zərər verməyə təşviq edər və digər pis niyyətli, inadkar insanları da bu yolda davam etməyə sövq edər.
Elm öyrənməyə, Quran oxumağa və öyrətməyə təşviq etmək.
Nəvəvi belə demişdir: "Bu hədisdə məsciddə Quran oxumaq üçün bir araya gəlməyin fəzilətinə dəlil vardır... Məscidlə yanaşı, bu fəziləti əldə etmək üçün məktəb, qarnizon və ya buna bənzər yerlərdə bir araya gəlmək də bura daxildir".
Allah yalnız əməllərə görə mükafat verir, nəsil-nəcabətə görə deyil.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

