Fərqlənənlər qabaqladılar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkə yolunda gedərkən Cümdan adlanan bir dağın yanından keçdi və dedi: “Gedin, bu Cümdan dağıdır, Fərqlənənlər qabaqladılar. Dedilər: Fərqlənənlər kimdir, ey Allahın Rəsulu? Buyurdu: “Allahı çox zikr edən kişilər və qadınlar”.
Explanation
Benefits
Allahı zikr etmək yalnız dillə və ya yalnız qəlblə və ya dil və qəlblə birlikdə ola bilər ki, bu (sonuncu) ən yüksək mərtəbədir.
Zikrlər arasında səhər və axşam zikrləri, vacib namazlardan sonrakı zikrlər və s. kimi qeydlənmiş şər'i zikrlər vardır.
Nəvəvi demişdir: Bil ki, zikrin fəziləti təkcə təsbih, təhlil, təhmid, təkbir və bənzəri zikrlərlə məhdudlaşmır. Əksinə, Uca Allaha itaət edərək əməl edən hər bir şəxs Uca Allahı zikr edəndir.
Allahı zikr etmək, sabit qalmağın ən böyük səbəblərindən biridir, Uca Allah deyir: (Ey iman gətirənlər, bir dəstə ilə qarşılaşdığınız zaman sabit olun və Allahı çox zikr edin ki, nicat tapasınız.) (Ənfal, 45).
Zikr edənlərlə Cümdan dağı arasındakı bənzərlik, təklik və təcriddir. Belə ki, Cümdan dağı digər dağlardan təcrid olunur (ayrılır), Uca Allahı zikr edənlər də bu cürdür. Fərqlənən kəs insanlar arasında olsa da belə, qəlbi və dili Rəbbinin zikri ilə fərqlənən kəsdir, xəlvət vaxtı Rəbbi ilə ünsiyyət qurur və insanlarla qaynayıb qarışmağın çoxluğundan isə özünü yad hiss edir. Bənzətmə yönü belə də ola bilər ki, dağlar yerin sabitliyinə səbəb olduğu kimi, zikr də dində sabit qalmağa səbəbdir. Və ya bənzətmə yönü dünya və axirət işlərində xeyirlərdə yarışma ola bilər ki, sanki Mədinədən Məkkəyə gedən yolçu Cümdana çatırsa, bu, Məkkəyə çatmağın əlamətidir və ora çatan da öndədir. Eləcə də, Uca Allahı zikr edən kəs, Allahı çox zikr etdiyinə görə digərindən öndədir. Ən doğrusunu Allah bilir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

