Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və gümüş xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi?". Onlar dedilər: "Bəli". O, dedi: “Uca Allahı zikr etməkdir”.
Explanation
İstəyirsinizmi ki, sizə izzət və cəlal sahibi olan, hökmdar Allahın yanında əməllərinizin ən fəzilətlisi, ən şərəflisi, ən üstünü, ən pakı və ən təmizi haqqında xəbər verim və sizi öyrədim?
Cənnətdə dərəcələrinizi ən çox artıracaq əməli?
Sizin üçün qızıl və gümüşü sədəqə verməkdən daha xeyirli olanı?
Sizin üçün kafirlərlə döyüşmək üçün qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boyunlarınızı vurmaqdan daha xeyirli olanı?
Səhabələr dedilər: Bəli, biz bunu istəyirik.
O(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: (Bu əməl) hər zaman, hər şəkildə və hər vəziyyətdə Uca Allahı zikr etməkdir.
Benefits
Bütün əməllər Uca Allahın zikrini yerinə yetirmək üçün fərz edilmişdir. Uca Allah buyurmuşdur: "Və Məni zikr etmək üçün namaz qıl". Və o (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: "Kəbə ətrafında təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və Camaratda daş atmaq yalnız Uca Allahın zikrini yerinə yetirmək üçündür". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər.
Əl-İzz bin Əbdis-Sələm “Qavəid” kitabında belə demişdir: “Bu hədis ona dəlalət edir ki, savab bütün ibadətlərdə çəkilən əziyyətin miqdarına görə olmur. Hərdən Uca Allah az əməllərə görə çox əməllərin savabından artıq savab verir. Buna görə də savabın miqdarı (əməlin) şərəf dərəcəsindəki fərqindən asılıdır".
Əl-Munəvi “Feydul-Qadir”də demişdir: “Bu hədis belə təfsir edilmişdir ki, zikr, onunla xitab edilən kəslər üçün daha xeyirli idi . Əgər bu xitab döyüşdə İslama fayda vermiş şücaətli, cəsur birisinə yönəlsə idi, ona cihad, kasıblara fayda verən varlıya yönəlsə idi, ona sədəqə, həccə qadir olan birisinə yönəlsə idi, ona həcc etmək və ata-anası sağ olan birisinə yönəlsə idi, ona, onlara yaxşılıq etmək (ən xeyirli əməl kimi) deyilərdi. Və bununla da xəbərlər arasında uyğunluq hasil olur".
Ən kamil zikr, qəlbin təfəkkürü (fikirləşməsi) ilə birgə dilin söylədiyi zikrdir. Sonra yalnız təfəkkür kimi qəlblə olan, sonra isə yalnız dillə olan zikrdir. Və hər birində in şəə Allah mükafat vardır.
Müsəlmanın səhər və axşam zikrləri, məscidə, evə, ayaqyoluna girib-çıxarkən və sair kimi hallarla bağlı zikrləri davamlı etməsi, onu Allahı çox zikr edənlərdən edir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

