Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Zər (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".
Explanation
Benefits
Xeyir işlərin çoxluğu və onların, müsəlmanın saleh niyyət və gözəl məqsədlə etdiyi hər bir əməli əhatə etməsi.
İslamın asanlığı və rahatlığı. Belə ki, hər bir müsəlman Allaha itaət etmək üçün edə biləcək əməl tapa bilər.
ən-Nəvəvi belə demişdir: Bu hədisdə mübah işlərin ixlaslı niyyətlərlə ibadətə çevrilməsinə dair dəlil vardır. Belə ki, insan, zövcəsi ilə yaxınlıq edərkən, əgər bunu zövcənin haqqını ödəmək və onunla Allahın əmri olan "gözəl şəkildə" davranmaq, saleh övlad istəmək, özünü və həyat yoldaşını günahdan qorumaq, harama baxmaqdan, haram düşüncələrdən, istəklərdən çəkinmək və ya digər bunun kimi saleh məqsədlərlə edərsə, o zaman bu, ibadət sayılır.
Dinləyənə daha aydın və qəlbinə daha təsirli olması üçün misal və qiyasdan istifadə edilməsi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

