Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək?
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdurrahmən bin Əbu Leylə rəvayət edir: Kə‘b bin Ucrə (Allah ondan razı olsun) mənimlə qarşılaşdı və dedi: "Sənə bir hədiyyə verimmi?" Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)
Explanation
Benefits
Namazın axırıncı təşəhhüdündə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirməyin vacibliyi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə ona salam verməyi və salavat gətirməyi öyrətmişdir.
Bu salavat forması Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirmənin ən kamil formasıdır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

