Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dua edərdi: "Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram".
Muslimdə keçən ifadə isə belədir: "Sizlərdən biriniz sonuncu təşəhhüdü bitirdikdə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən və Məsih Əd-dəccəlin şərindən".
Explanation
Birincisi: Qəbr əzabından.
İkincisi: Cəhənnəm əzabından - bu isə Qiyamət günü olacaq.
Üçüncüsü: Həyatın fitnəsindən - dünyanın haram şəhvətlərindən, onun azdıran şübhələrindən və ölümün fitnəsindən yəni ölüm anı, İslamdan və ya sünnədən uzaqlaşmaqdan və qəbir fitnəsindən - bu da iki mələyin sorğu sualıdır.
Dördüncüsü: Axır zamanda zühur edəcək Dəccalın fitnəsindən, çünki Allah bəndələrini bununla imtahan edəcək. Böyük fitnəsinə və azğınlığına görə onu xüsusilə qeyd etmişdir.
Benefits
Qəbr əzabının sübutu və onun haqq olması.
Fitnələrin təhlükəli olması və onlardan qurtulmaq üçün Allaha sığınmağın və dua etməyin əhəmiyyəti.
Dəccalın çıxacağının isbatı və fitnəsinin təhlükəli olması.
Bu duanı sonuncu təşəhhüdün ardınca oxumağın müstəhəbliyi.
Saleh əməldən sonra dua etməyin müstəhəb olması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

