Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi" - deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).
Explanation
Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu. O, Uca Allaha dua edir ki, onu günahlardan uzaq etsin ki, günaha düşməsin. Elə bir şəkildə uzaq etsin ki, günahla qarşılaşmasın, necə ki, şərqlə qərb heç zaman qarşılaşmaz. Əgər o günahlara düşsə, çirk ağ paltardan çıxarıldığı kimi, onu da günahlardan təmizləsin, günahlarını su, qar və dolu kimi soyuq təmizləyicilərlə yusun, onların alovunu və istiliyini soyutsun.
Benefits
Səhabələrin (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hərəkətlərində və sükunətindəki hallarını bilməyə can atmaları.
Açılış duasının başqa formaları da varid olmuşdur. Yaxşı olar ki, insan ondan (Allahın salavatı və salamı onun üzərinə olsun) varid və sabit olan açılış dualarını öyrənsin və hər dəfə birini söyləsin.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

