HadeethEnc · 1.31.0
Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyradən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Bir bədəvi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi: Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.” Kişi dedi: “Nəfsim əlində olana and olsun ki, bunun üzərinə heç bir şey artırmayacam. O, dönüb getdikdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Kimi Cənnət əhlindən olan bir insana baxmaq sevindirirsə, bu kişiyə baxsın”.
02
Explanation
Səhradan bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi ki, onu Cənnətə aparacaq bir işə yönəltsin. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona cavab verdi ki, cənnətə daxil olmaq və cəhənnəmdən xilas olmaq, İslamın əsaslarını yerinə yetirməkdən asılıdır. Bu əsaslar isə: Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaqdan,
Allahın hər gecə və gündüz qullarına vacib etdiyi beş namazı qılmaqdan,
Allahın sənə vacib etdiyi malın zəkatını layiq olan kəsə ödəməkdən, Ramazan ayının orucunu vaxtında tutmaqdan ibarətdir. Həmin kişi dedi ki, nəfsim əlində olan Allaha and olsun ki, sənin buyurduğun fərz əməllərin üzərinə heç bir itaət əlavə etməyəcəyəm və onlardan heç bir şey əskiltməyəcəyəm. O, dönüb getdikdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Kimi cənnət əhlindən olan bir kəsə baxmaq sevindirirsə, bu (səhrada yaşayan) bədəviyə baxsın.

03
Benefits
Tövhid - Uca Allahı ibadətdə təkləşdirmək - Allaha dəvətdə ilk başlanılan əməldir.
İslamda yeni olan kəsə yalnız vacib olan ibadətləri öyrətməklə kifayətlənmək.
Uca Allaha dəvət tədricən olmalıdır.
Kişinin dinini öyrənməyə olan hərisliyi.
Müsəlman özünə vacib olan ibadətlərlə kifayətlənərsə, uğur qazanar. Lakin bu o demək deyil ki, nafilə (əlavə) ibadətlərdə səhlənkar olmaq lazımdır. Çünki nafilə ibadətlər, vacib ibadətlərdə olan nöqsanları tamamlayır.
Bəzi ibadətlərin adlarının çəkilməsi, onların əhəmiyyətinə və təşviqinə dəlildir. Bu digər ibadətlərin vacib olmadığı anlamına gəlmir.

Attribution
[Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares