Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan
Choose an available translation of this Hadeeth
Hadeeth text
Sovbəndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəfə (əstəğfirullah deyərək) istiğfar edər və belə deyərdi: "Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram
sahibi! Sən xeyirxahsan". Əl-Vəlid buyurur ki: "Əvzaiyədən soruşdum: İstiğfar necə olur?". Dedi: "Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)".
Explanation
Sonra Rəbbinin şənini bu sözlərlə ucaldardı: Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan). Allah Öz sifətlərində kamil və nöqsansızdır, bütün noqsan və eyblərdən pakdır. Buna görə də uca Allahdan dünya və axirət şərlərindən salamatlıq istəyirsən, Ondan başqasından istəyə bilməzsən. Bütün nöqsanlardan pak, ehsan və əzəmət sahibi olan Allahın hər iki dünyada xeyiri saysız hesabsızdır.
Benefits
İbadətdəki nöqsanları tamamlamaq, itaətdəki nöqsanları aradan qaldırmaq üçün istiğfar etməyin müstəhəb olması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

