Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam təkbir etdiyi zaman siz də təkbir edin
Choose an available translation of this Hadeeth
Hadeeth text
Hittan bin Abdullah ər-Rəqqaşi belə demişdir: Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) ilə birlikdə namaz qıldım. Oturuş əsnasında camaatdan bir kişi: “Namaz, yaxşılıq və zəkatla birlikdə iqrar olundu” dedi. Əbu Musa namazı qılıb qurtardıqdan sonra: “Sizdən bu sözü söyləyən kim idi?” diyə soruşdu. Camaat susdu. O yenədə: “Sizdən bu sözü söyləyən kim idi?” diyə təkrar soruşdu. Camaat yenədə susdu. O da: “Ola bilsin o sözü söyləyən sənsən ey Hittan!” dedi. Hittan da: “Mən söyləmədim" dedi. Hittan deyir ki: "Bundan dolayı məni danlayacağından qorxdum". Bu zaman camaatdan bir kişi: “Onu mən söylədim, ancaq bunu söylərkən niyyətim xeyirdən başqa bir şey deyildir” dedi. Əbu Musa da: “Məgər siz namazınızda nə söyləyəcəyinizi bilmirsinizmi? dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə bir xütbə verdi və o xütbədə bizə sünnəmizi bəyan etdi və namazımızı bizə öyrətdi və belə buyurdu: «Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam təkbir etdiyi zaman siz də təkbir edin» "Ğayril-məğdubi aleyhim valad-dallin” (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) [Fatihə surəsi: 7] dediyi zaman siz: “Əmin” deyin ki, Allah duanıza cavab versin. İmam təkbir edib, rükuya getdiyi zaman siz də təkbir edin və rükuya gedin. Çünki imam sizdən öncə rüku edər və sizdən öncə rükudan qalxar». Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O, bu şəkildədir. İmam: “Səmi Allahu limən həmidəh” dediyi zaman: “Allahummə Rabbənə va ləkə-l-həmd” deyin. Allah sizi eşidər. Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dili ilə “Səmiallahu limən həmidəh” (Allah Ona həmd edəni eşitdi!)» buyurmuşdur. İmam təkbir edib, səcdəyə getdiyi zaman siz də təkbir edib, səcdəyə gedin. Çünki imam sizdən öncə səcdəyə gedir və sizdən öncə səcdədən qalxır.» Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O da, bu şəkildədir». İmam oturduğu zaman sizin ilk sözünüz bu olsun: «Ət-Təhiyyatu, ət-Tayyibətu, əs-Saləvatu lilləhi, əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-Sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu».
Explanation
Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam, Təkbiratul-ehram etdiyi zaman siz də onun kimi təkbiratul-ehram edin. Fatihə surəsini oxuyub: «Ğayril-məğdubi aleyhim valad-dallin” (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) [Fatihə surəsi: 7] ayəsinə çatdığı zaman: “Əmin” deyin. Əgər belə desəniz, Uca Allah duanıza cavab verər. İmam təkbir edib, rükuya getdiyi zaman sizdə təkbir edib rükuya gedin. İmam sizdən öncə rüku edir və sizdən öncə rükudan qalxır. Elə isə onu qabaqlamayın. Çünki rükuya gedərkən imamın sizdən öncə rükuya getməsi, rükudan qalxarkən siz gecikdiyiniz zamanı əvəz edər. Rükuya gedərkən azca gecikməniz, qalxarkən gec qalxmanızı əvəz edər. Beləcə də sizin rüku miqdarınız ilə imamın rüku miqdarı bərabər olur. İmam: "Səmi Allahu limən həmidəh” dediyi zaman: “Siz: Allahummə Rabbənə va ləkəl-həmd” deyin. Camaat bunu söyləyərsə Allah onların duasını və sözünü eşidər. Uca Allah, Peyğəmbərinin (Allahın salavatı və salamı onun üzərinə olsun) dili ilə Allahın Ona həmd edən qulunu eşitdiyini xəbər vermişdir. Sonra imam təkbir edib səcdəyə getdiyi zaman camaat da təkbir edib səcdəyə gedir. İmam camaatdan öncə səcdəyə gedir və səcdədən qalxır. Beləcə də camaatın səcdə miqdarı ilə imamın səcdə miqdarı bərabər olur. Təşəhhüd duasını oxumaq üçün oturduğu zaman namaz qılan kimsə ilk olaraq: “Ət-Təhiyyatu, ət-Tayyibətu, əs-Saləvatu lillahi" Mülk, əbədilik və əzəmət Uca Allahın haqqıdır. Eyni şəkildə beş vaxt namaz da Uca Allah üçündür. "əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-Sələmu aleynə va alə ibədil-ləhis-salihin". Hər növ ayıb, naqislik, əksiklikdən və fitnə-fəsaddan salamat olmaq üçün Uca Allaha dua edin. Birinci Peyğəmbərimiz Muhammədə (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra da özümüzə daha sonra isə Uca Allahın və qullarının haqqını yerinə yetirən saleh qullarına salam veririk. Sonra da Uca Allahdan başqa ibadətə haqqı olan haqq məbud olmadığına və Muhammədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qulu və rəsulu olduğuna şahidlik edirik.
Benefits
Namazdakı söz və hərəkətlər Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sabit olduğu kimi olmalıdır. Hər hansı bir kimsənin namaz içində sünnətdə sabit olmayan söz və ya hərəkətlər uydurması qəbul edilməzdir.
Namazda imamı qabaqlamaq və ya imamdan geridə qalmaq icazəli deyildir. Əksinə, camaatın, imamın hərəkətlərinin arxasınca hərəkət etməsi lazımdır.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dini təbliğ etməyə və dinin əhkamlarını ümmətinə öyrətməyə verdiyi önəmin zikr edilməsi.
İmam, namazda axrasında duran camaat üçün örnəkdir. Namaz qılarkən imamdan öncə keçmək, onunla birlikdə və ya ondan geridə qalarak hərəkət etmək caiz deyildir. Əksinə, camaatın hərəkətləri, imamın etmək istədiyi hərəkətə başladığına əmin olduqdan sonra həmən arxasınca o hərəkətin edilməsi gərəkdir. Sünnə, namazda ona tabe olmaqdır.
Namazda səflərın düz tutulması buyurulmuşdur.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

