Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı,
Choose an available translation of this Hadeeth
Hadeeth text
İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmia-Llahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.
Explanation
Birinci yer: Namaza ihram (açılış) təkbiri ilə başladıqda.
İkincisi: Rukuya getmək üçün “Allahu Əkbər” dedikdə.
Üçüncüsü: Rukudan başını qaldırdıqda və "Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" dedikdə.
Nə səcdə etməyə başlayanda, nə də səcdədən qalxarkən əllərini qaldırmazdı.
Benefits
Əbu Davud və başqalarının Əbu Humeyd əs-Səididən nəql etdikləri rəvayətdə, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini dördüncü yerdə də qaldırması sabit olmuşdur. Bu isə üç və dörd rükətli namazlarda, birinci təşəhhüddən ayağa qalxdıqdadır.
Həmçinin iki “Səhih”də (Buxari və Muslimin səhihləri) Malik bin Əl-Hüveyrisin nəql etdiyi rəvayətdə olduğu kimi, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini qulaqlarına toxunmadan, qulaqları səviyyəsində qaldırması sabit olub: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) təkbir gətirdikdə əllərini qulaqları səviyyəsində olana qədər qaldırardı”.
"Səmiəllahu limən həmidəh" və “Rabbənə və ləkəl-həmd " zikrlərinin hər ikisini də demək, imama və namazı tək qılan kəsə aiddir , məmum (imamın arxasında namaz qılan) kəs isə yalnız : “Rabbənə və ləkəl-həmd " deyir .
Rukudan sonra deyilən “Rabbənə və ləkəl-həmd " sözü Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) dörd formada səhih olaraq sabit olmuşdur ki, bu onlardan biridir. Daha yaxşı olar ki, insan bu formaların hər birini öyrənsin və hər dəfə birini söyləsin.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

