HadeethEnc · 1.31.0
Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər".
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) imamdan əvvəl başını qaldıran kəsə şiddətli xəbərdarlıq edir ki, Allah onun başını uzunqulaq başı edər, yaxud onun xarici görünüşünü uzunqulaq şəklinə çevirər.
03
Benefits
İmama tabe olan şəxsin imamla birlikdə dörd halı vardır: onlardan üçü qadağandır, bunlar: İmamdan önə keçmək, onunla eyni anda hərəkət etmək və onun hərəkətlərindən gecikib arxada qalmaq. Dördüncü: İmamın arxasında qılan şəxsin imama tabe olaraq ardıcıl hərəkət etməsi isə buyurulmuş haldır.
İmamın arxasında namaz qılan şəxsin namazda imama tabe olmasının vacibliyi.
İmamdan əvvəl başını qaldıran adamın görkəminin uzunqulağa çevrilmək təhlükəsi mümkündür və bu, Allahın onu çirkin görünüşə salmasıdır.
İmamın arxasında namaz qılan şəxsin namazda imama tabe olmasının vacibliyi.
İmamdan əvvəl başını qaldıran adamın görkəminin uzunqulağa çevrilmək təhlükəsi mümkündür və bu, Allahın onu çirkin görünüşə salmasıdır.
Attribution
[Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

