(Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Əş-Şixxirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bəni-Amir heyəti ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruna yola düşdüm. (Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin.
Explanation
"Sən bizim seyyidimizsən"-dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Seyyid-Allahdır" O, yaratdıqları üzərində tam hökmranlığa malikdir və onlar Onun qullarıdır.
Dedilər: Sən "bizim ən fəzilətlimiz” və dərəcə, şərəf və fərqlənmə baxımından ən üstünümüzsən. Sən bizim ən böyüyümüz, ən səxavətlimiz, ən uca və yüksək olanımızsan. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları adətən dedikləri kəlimələri söyləmələrinə, əlavə mükəlləfiyyətə-yük altına girməmələrinə, şeytanın onları şirk və onun vasitələrinə aparan mübaliğə (şişirtmə) və tərifləməyə sürükləməməsinə yönətdi.
Benefits
Söz danışarkən əlavə mükəlləfiyyətdən (insanın özünü yükləməsindən) çəkinmək və söz söylədikdə qısa danışmaq.
Tövhidi, onu pozan söz və əməllərdən qorumaq.
Tərifdə həddi aşmağın qadağan edilməsi, çünki, bu şeytanın giriş qapılarındandır.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Adəm övladının seyyididir. Hədisdə qeyd olunanlar isə onun təvazökarlıqdan irəli gəlir və insanların bu işdə həddi aşmalarından qorxulduğu üçündür.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

