Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar".
Explanation
Benefits
Kim Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) küfr edərsə, onun digər peyğəmbərlərə (Allahın salavatı və salamı onların üzərinə olsun) iman gətirmək iddiası ona heç bir fayda verməz.
Kim Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında eşitməyibsə və İslam dəvəti ona çatmamışsa, üzrlüdür və axirətdə onun aqibəti Uca Allaha aiddir.
Ölümə yaxın olsa belə, hətta ağır xəstəlik zamanı, taki can boğaza çatmayınca İslamı qəbul edib bəhrələnmək mümkündür.
Yəhudi və xristianlar da daxil olmaqla kafirlərin dinini doğru saymaq küfrdür.
Hədisdə yəhudi və xristianın qeyd edilməsi - digər kafirlərə də xəbərdarlıqdır. Çünki yəhudi və xristianların kitabı var, əgər onlara xəbərdarlıq edilirsə, kitabı olmayanlar bu xəbərdarlığa daha çox layiqdirlər və onların hamısının Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dininə daxil olub ona itaət etmələri vacibdir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

