mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm
Choose an available translation of this Hadeeth
Hadeeth text
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
Explanation
Benefits
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl əxlaqı, sual verənə şəfqətlə cavab verməsi. Suala gözəl cavab vermək İslamın qəbul edilməsi üçün bir səbəbdir.
İnsanın acığına gəlmədiyi halda, onu ağ, qırmızı, uzun, qısa və bu kimi eyb nəzərdə tutulmayan xüsusiyyətlərlə vəsfinin icazəli olması.
Kafirin ehtiyac olduğu halda məscidə daxil olmasının icazəli olması.
Hədisdə həcc qeyd edilmir, ehtimal ki, kişinin gəldiyi zaman həcc ibədəti hələ fərz edilməmişdir.
Sahabələrin insanları dəvət etməyə hərisliyi. Buna görə də bu sahabə müsəlman olan kimi qövmünü İslama dəvət etmək istədi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

