Prophetic Hadeeth Encyclopedia
Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 3.
Search the Hadeeth Encyclopedia
Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.
Gözəl əxlaq
Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”.
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi ola…
Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəh…
Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklər…
“Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”.
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Rəsulullahın (salləllahu aleyhi va səlləm) xidmətçisi olan Əbu Həmzə Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olm…
Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir
Əbu Yə'lə Şəddəd bin Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: "Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikd…
İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
Əbu Məs'ud 'Uqbə bin 'Amr əl-Ənsari əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə demişdir: "İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" -…
Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir
Nəvvas bin Siman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir". Vabisə bin Mə'bəd (Allah ondan razı olsun) belə demiş…

