Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Nəvvas bin Siman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir". Vabisə bin Mə'bəd (Allah ondan razı olsun) belə demişdir: Bir gün mən Rəsulullahın (salləllahu aleyhi va səlləm) yanına gəldim və O, məndən soruşdu: "Sən yaxşılıq və günah barəsində soruşmağa gəlmisən?". Mən: “Bəli!” – deyə cavab verdikdə, Rəsulullah (salləllahu aleyhi va səlləm) belə buyurdu: "(Bunu) Qəlbindən soruş! Yaxşılıq, insanın nəfsinin rahatlıq tapdığı və qəlbinin arxayın olduğu şeydir. Günah isə, nəfsində tərəddüd doğuran və sinəndə narahatlıq yaradan şeydir, hətta insanlar sənə (onun doğru olduğunu) təkrar-təkrar desələr də belə".
Explanation
Benefits
Haqq ilə batil möminə qarışıq gəlməz. Əksinə, o, haqqı qəlbindəki nur ilə tanıyar, batildən isə uzaq durar və onu inkar edər.
Günahın əlamətləridən biri də: qəlbin narahatlığı, təlaşı və insanların bunu bilməsini xoşlamamasıdır.
əs-Sindi belə demişdir: Bu, insanların hansı tərəfin doğru olduğunu dəqiq bilmədiyi şübhəli işlər haqqındadır. Əks təqdirdə, şəriətdə əmr olunan və ona zidd heç bir dəlil olmadan şey, yaxşılıq hesab edilir. Eləcə də, qadağan edilən şey günahdır. Belə halda nə qəlbə müraciət etməyə, nə də onun rahatlıq tapmasına ehtiyac yoxdur.
Hədisdə xitab olunan insanlar, sağlam fitrətə sahib olan insanlardır. Heç də qəlbi tərsinə dönmüş, yalnız nəfsinin istəklərinə uyğun olanı qəbul edən, yaxşılığı tanımayan və pisliyi inkar etməyən insanlar deyildir.
ət-Tibi belə demişdir: Hədisdəki (yaxşılıq) ləfzinin müxtəlif mənalarda izah edildiyi deyilmişdir. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) (yaxşılıq) ləfzini bir yerdə "nəfsin və qəlbin rahatlıq tapdığı şey olaraq" - izah etmişdir. Bir yerdə imanla izah etmişdir. Digər bir yerdə insanı Allaha yaxınlaşdıran əməl ilə izah etmişdir. Bu hədisdə isə (yaxşılıq) ləfzini gözəl əxlaq ilə izah etmişdir. Gözəl əxlaq isə insanlardan gələn əziyyətlərə səbr etmək, az qəzəblənmək, insalara təbəssüm etmək (mehriban üz ifadəsi), gözəl sözlər danışmaq və s. bu kimi gözəl xüsusiyyətlərlə izah edilmişdir. Bunların hamısı bir-birinə yaxın olan mənalardır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

