Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi
Choose an available translation of this Hadeeth
Hadeeth text
Cərir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, o belə dedi: Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi.
Explanation
Benefits
Gözün qəflətən və qeyri-ixtiyari şəkildə baxmağın haram olduğu bir şeyi gördüyü zaman, ona baxmağa davam etməkdən çəkindirmək.
Hədisdən anlaşılır ki, qadına baxmağın haram olması səhabələr arasında sabit bir məsələ idi. Cəririn (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) onun nəzərlərinin qeyri-qəsdli olaraq qadına düşdüyü təqdirdə, bunun hökmünün qadına qəsdlə baxanın hökmü ilə eyni olub-olmaması haqqında soruşması buna dəlildir.
Bu, şəriətin bəndələrin mənafeyinə göstərdiyi diqqəti ifadə edir. Çünki şəriət, həm dünya, həm də axirət baxımından fəsadlara səbəb olduğuna görə, yad qadına baxmağı qadağan etmişdir.
Səhabələrin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına qayıtmaları və onlara qaranlıq qalan məsələlər haqqında ondan soruşmaları. Beləcə də avam insanlar alimlərə qayıtmalı və onlara qaranlıq qalan məsələləri alimlərdən soruşmalıdır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

