Dünyada bir qərib və ya bir müsafir kimi ol!
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, o, demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib və ya bir müsafir kimi ol!". İbn Ömər (bu hədisi danışandan sonra) deyərdi: Axşama çıxdığın zaman səhəri, səhərə çıxdığın zaman da axşamı gözləmə! Xəstəliyin üçün sağlamlığında, ölümün üçün həyatında hazırlıq gör.
Explanation
İbn Ömər bu tövsiyəyə əməl edər və belə deyərdi: Səhərə çıxdığın zaman axşamı gözləmə, axşama çıxdığın zaman da səhəri gözləmə və özünü qəbir əhlindən say, çünki həyat sağlamlıqdan və xəstəlikdən xali deyildir. Odur ki, sağlam günlərində, xəstə günlərin üçün itaət əməllər etməyə tələs. Xəstəlik sizə maneçilik törətməmişdən əvvəl sağlamlığında saleh əməllərdən və dünyada da həyatından faydalan və orada, öldükdən sonra sənə fayda verəcək şeyləri topla.
Benefits
Nəsihət istəməyən kimsəyə nəsihət və doğru yol göstərməklə başlamaq.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qaneedici misallar çəkməklə gözəl bir üsulda elm öyrətməsi. Buna misal Peyğəmbərin (sallallahu aleyhi və səlləm): "Dünyada bir qərib yaxud bir müsafir kimi ol!" - hədisidir.
İnsanların axirətə gedən yolda müxtəlif olmaları. Yoldan keçən yolçu zahidlikdə qəribdən daha yüksək dərəcəyə malikdir.
Ümidin qısa olması və ölümə hazırlaşmanın bəyan edilməsi.
Hədis ruzini tərk etməyə və dünya ləzzətlərini qadağan etməyə dəlalət etmir, lakin hədis, dünyada zahid olmağa və az ilə kifayətlənməyə dəlalət edir.
Saleh əməllərə, xəstəlik və ya ölüm onların qarşısını alıb insanı aciz buraxmadan əvvəl tələsmək.
Abdullah bin Ömərin (Allah onların hər ikisindən razı olsun) fəziləti. Belə ki o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu nəsihətindən təsirlənmişdir.
Möminlərin vətəni Cənnətdir. O, bu dünyaya, axirət yolçuluğuna səfərə çıxmış qərib bir kimsədir. Buna görə də o, qəlbini qürbət yurdunda heç bir şeyə bağlamır. Əksinə, onun qəlbi, qayıdacağı vətəninə bağlıdır. Onun bu dünyada qalması, ehtiyacını ödəmək və vətəninə (Cənnətə) qayıtmağa hazırlaşması üçündür.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

