Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq?
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq? Sonra buyuracaq: “Mən sizə bundan daha üstününü verəcəm. Onlar deyəcəklər: Ya Rəbb, bundan daha üstün nə var? Uca Allah deyəcək: Mən sizə öz razılığımı halal edirəm və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm".
Explanation
“Bəli, razıyıq! Necə razı olmayaq ki, Sən bizə yaratdıqlarından heç kimə vermədiklərini bəxş etmisən!”. Sonra Uca Allah deyəcək: “Sizə bundan daha yaxşısını verimmi?”. Onlar deyəcəklər: “Ya Rəbb, bundan daha yaxşı nə ola bilər?!“. Uca Allah deyəcəkdir: “Sizə daimi razılığımı bəxş edirəm və bundan sonra sizə heç vaxt qəzəblənməyəcəyəm”.
Benefits
Allahın Cənnət əhlinə, onlardan razı qalması, bunu onlara əbədi etməsi və onlara heç vaxt qəzəblənməyəcəyi ilə müjdə verməsi.
Cənnətdə olan hər kəs, məqam və dərəcələrinin müxtəlif olmasına baxmayaraq, öz halından razı olacaq. Çünki onların hamısı eyni sözlə cavab verəcəklər: “Sən bizə yaratdıqlarından heç kimə vermədiklərini bəxş etdin”.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

