Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq
Choose an available translation of this Hadeeth
Hadeeth text
Usamə bin Zeyddən (Allah ondan razı olsun) rəvayət edilir ki, ona belə deyildi: “Osmanın yanına gedib onunla danışmayacaqsanmı?” O dedi: "Siz elə düşünürsünüz ki, mən onunla danışdığım hər şeyi sizə eşitdirirəm (söyləyirəm)? Allaha and olsun ki, açmaq istəmədiyim məsələni ilk açanın özüm olmağımı istəmədiyim üçün onunla öz aramda danışdım və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözlərini eşitdikdən sonra mənim rəhbərim olan heç kəsə - "O, insanların ən xeyirlisidir" sözünü söyləmirəm: "Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq və cəhənnəm əhli onun ətrafında toplanaraq deyəcəklər: Ey filankəs, sənə nə oldu? Sən xeyiri əmr edib, pislikdən çəkindirmirdinmi? O, deyəcək: Bəli, mən yaxşı işlər görməyi əmr edirdim, amma onu özüm etmirdim, pis əməllərdən çəkindirirdim, lakin özüm onu edirdim".
Explanation
Sonra Usamə (Allah ondan razı olsun) deyir ki, o, rəhbərlərə gizlində nəsihət edir və əmir olsa belə, heç kimə yaltaqlıq etmir, heç kimi, yaltaqlanaraq üzünə yalan sözlərlə tərifləmir. Bu da, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözlərini eşitdikdən sonra belə olmuşdur: Bir insan Qiyamət günü gətirilib Cəhənnəmə atılacaq və bağırsaqları istinin və əzabın şiddətindən tez bir zamanda qarnından çıxacaq və o, dəyirman daşının ətrafında fırlanan eşşək kimi cəhənnəm odunda bağırsaqları ilə bu vəziyyətdə fırlanacaq və cəhənnəm əhli onun ətrafına bir dairə şəklində toplanacaq və ondan soruşacaqlar: Ey filankəs, məgər sən yaxşı işlər görməyi əmr edib, pis əməllərdən çəkindirmirdinmi?!
O, deyəcək: Mən yaxşı işləri əmr edib, özüm isə onu etmirdim, pis işlərdən çəkindirib, özüm də onu edirdim.
Benefits
Sözü əməlinə müxalif olana şiddətli xəbərdarlıq.
Rəhbərlərə qarşı ədəbli olmaq, onlarla mülayim davranmaq, onlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək lazımdır.
Haqda əmirlərə yaltaqlıq etməyin və batil yolla onların qarşısında əyilənlər kimi ikiüzlülük etməyin qınanılması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

