HadeethEnc · 1.31.0
Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da olmaz
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Səid Səd bin Malik bin Sinan əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: "Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da olmaz".
02
Explanation
Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu hədisdə zərərin növündən və şəklindən asılı olmayaraq, onu istər özündən, istərsə də başqalarından uzaqlaşdırmağın vacib olduğunu bəyan etmişdir. Heç kəsin nə özünə, nə də başqalarına zərər verməsi halal deyildir. Həmçinin onun zərərə zərərlə cavab verməsi halal deyildir. Çünki həddi aşmadan qisas almaq istisna olmaqla, heç bir halda zərər, ona müqabil zərər verməklə aradan qaldırılmaz.
03
Benefits
Günahın mislindən artıq cəza verilməsinin qadağan edilməsi.
Allah qullarına, onlara zərər verəcək şeyi əmr etməz.
Bu hədis sözlə, əməllə və ya səhlənkarlıqla (tərk etməklə) zərər verməyin haram olduğunu bildirən fiqhi qaydadır.
Şəriətin qaydalarından biri də: "Zərər aradan qalxmalıdır" qaydasıdır və şəriət zərəri qəbul etmir və başqalarına zərər verməyi də inkar edir.

Attribution
[رواه ابن ماجه والدارقطني وغيرهما مسندًا]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares