HadeethEnc · 1.31.0
Nə (özünə və ya başqasına) zərər vermək, nə də zərərə zərərlə qarşılıq vermək olmaz, kim başqasına zərər verərsə, Allah onu zərərə uğradar, kim başqasına çətinlik törədərsə, Allah onu çətinliyə salar
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Nə (özünə və ya başqasına) zərər vermək, nə də zərərə zərərlə qarşılıq vermək olmaz, kim başqasına zərər verərsə, Allah onu zərərə uğradar, kim başqasına çətinlik törədərsə, Allah onu çətinliyə salar".
02
Explanation
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, növündən asılı olmayaraq zərəri özündən və başqalarından uzaqlaşdırmaq vacibdir və heç kəs nə özünə, nə də başqalarına zərər verməməlidir.
Heç kəs zərərə zərərlə cavab verməməlidir, qisas istisna olmaqla, heç bir halda zərər, ona müqabil zərər verməklə aradan qalxmaz.
Sonra Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlara zərər verənlərin özlərinin zərərə uğrayacaqlarını, insanları çətinliyə salanların özlərinin çətinliyə düşəcəyini xəbər verir.

03
Benefits
Günahın mislindən artıq cəza verilməsinin qadağan edilməsi.
Allah qullarına, onlara zərər verəcək şeyi əmr etməz.
Sözlə, əməllə və ya tərk etməklə zərər vermək və zərərə zərərlə cavab verməyin haramlığı.
Əməlin mükafatı və ya cəzası, onun növündədir, kim zərər verərsə, Allah onu zərərə uğradar, kim çətinlik törədərsə, Allah onu çətinliyə salar.
Şəriətin qaydalarından biri də: "Zərər aradan qalxmalıdır" qaydasıdır və şəriət zərəri qəbul etmir və başqalarına zərər verməyi də inkar edir.

Attribution
[Əd-Dəraqutni rəvayət etdi]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares