Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Abdurrahman Abdullah bin Məsud (Allah ondan razı olsun) belə demişdir: Doğru söz sahibi və doğruluğu təsdiqlənmiş Allah Rəsulu (salləllahu aleyhi va səlləm) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və mələk ona ruh üfürür. Ona dörd şeyi: ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını - yazmaq əmr edilir. Özündən başqa heç bir ilah olmayana and olsun ki, sizlərdən biriniz Cənnət əhlinin əməlini edər, onun Cənnətə daxil olmasına bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək Cəhənnəmə daxil olar. Sizlərdən biriniz Cəhənnəm əhlinin əməlini edər, onun Cəhənnəmə düşməsinə bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək cənnətə daxil olar".
Explanation
İnsanın ömrü boyu əldə edəcək ruzisi, əcəli, yəni bu dünyada qalacaq müddət və əməlinin nəticəsi: xoşbəxt yaxud bədbəxt olacağı. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək bildirir ki, bir kəs cənnət əhlinin əməlini görür, insanların gözündə əməlisaleh olur, onun cənnətə girməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini görərək əməli bitmiş olur və cəhənnəmə daxil olur. Çünki əməlin qəbul olma şərti, onun üzərində sabit olmaq və dəyişdirməməkdir. Başqa bir qrup insan isə cəhənnəm əhlinin əməllərini edir, cəhənnəmə düşməyinə bir arşın qalmış, yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini görərək cənnətə daxil olur.
Benefits
Qəza və qədərə iman.
Hər bir məsələ sonda qədərdə yazıldığı kimi olur və təqdir edilən reallaşır.
"Əməllərə güvənib aldanmamaq" - xəbərdarlığı, çünki əməllər sonuna görə dəyərləndirilir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

