Sizə Dəccal haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi şeyləri söyləyimmi? O, tək gözlüdür və özü ilə cənnət və cəhənnəmə bənzər şey gətirir,
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Sizə Dəccal haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi şeyləri söyləyimmi? O, tək gözlüdür və özü ilə cənnət və cəhənnəmə bənzər şey gətirir, onun cənnət dediyi şey cəhənnəmdir və Nuhun öz qövmünü onun haqqında xəbərdar etdiyi (qorxudub çəkindirdiyi) kimi mən də sizi xəbərdar edirəm.
Explanation
O, tək gözlüdür.
Uca Allah onunla birlikdə göz görüntüsünə görə cənnət və cəhənnəmə bənzər bir şey yaratdı.
Amma onun cənnəti cəhənnəmdir, cəhənnəmi isə cənnətdir. Kim ona itaət edərsə, insanların gördükləri bu cənnətə daxil edər, lakin o, yandıran bir oddur. Və kim ona itaət etməzsə, insanların gördükləri cəhənnəmə daxil edər, lakin o, gözəl cənnətdir. Sonra, Nuh öz qövmünü xəbərdar etdiyi kimi, Peyğəmbər də (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi onun fitnəsindən çəkindirib xəbərdar etdi.
Benefits
Dəccalın vəsvəsəsindən xilas olmaq səmimi imanla, Uca Allaha üz tutmaqla, son təşəhhüddə ondan Allaha sığınmaqla və Kəhf surəsinin ilk on ayəsini əzbərləməklə olur.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə olan böyük qayğısı. Belə ki, Dəccalın, özündən əvvəl heç bir peyğəmbərin bəyan etmədiyi xüsusiyyətlərini müsəlmanlara bəyan etdi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

