Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Fərz və digər bütün namazlarda, Ramazan ayında və ramazandan başqa aylarda hər namazda təkbir gətirirdi. Namaza qalxdıqda təkbir gətirərdi, rüku edərkən də təkbir gətirərdi. Sonra: "Səmi Allahu limən həmidəh" deyib rükudan qalxdıqdan sonra səcdə etməzdən əvvəl: "Rabbənə və ləkə-l-həmd" deyərdi. Sonra səcdə etmək üçün əyildiyində təkbir edir, səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi sonra təkrar səcdə etmək üçün təkbir gətirir sonra səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi. İkinci rükəti qılıb qurtardıqdan sonra üçüncü rükətə qalxarkən yenə təkbir gətirirdi. Sonra da bunu namazın hər rükətində namazı bitirənə qədər edirdi. Namazı bitirib insanlara tərəf dönüb: Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi.
Explanation
Əbu Hureyrə (Allah ondan razı olsun) namazı bitirdikdən sonra insanlara tərəf dönüb: "Nəfsim əlində olana and olsun ki, aranızda namazı Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu, onun dünyadan ayrılana qədər qıldığı namazın sifəti idi" dedi.
Benefits
Səhabələrin, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tabe olmalarına və həmçinin onun sünnəsini qorumağa həris olmaları.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

