Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır
Choose an available translation of this Hadeeth
Hadeeth text
İbn Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitabən belə buyurmuşdur: «Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır. İnsanlar iki qisimdir. Birisi: İtaətkar, müttəqi və Allah qatında dəyərlidir. Digəri də facir, bədbəxt və Allah qatında rəzil bir kimsədir. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır. Uca Allah belə buyurmuşdur: {Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". [Hücurat 49 surəsi, ayə 13]».
Explanation
Birinci növ: İzzət və cəlal sahibi olan Allaha ibadət edən saleh, təqva sahibi, itaətkar bir mömindir. Belə kimsə insanlar arasında əsil-nəcabət sahibi olmasa da Allah qatında dəyərli bir kimsədir.
İkinci növ isə: Kafir, facir və bədbəxt olan kimsədir. Belə kimsə insanlar arasında əsil-nəcabət, hörmət və sayğıya sahib olsa da Allah qatında dəyərsiz, zəlil kimsədir.
Bütün insanlar Adəmin övladlarıdır, Uca Allah Adəmi toraqdan yaratmışdır. Əsli torapaqdan olan bir kimsənin təkəbbürlük etməsi və özünü bəyənməsi yaraşmaz. Bunun dəlili izzət və cəlal sahibi olan Allahın bu ayəsidir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". [Hücurat 49 surəsi, ayə 13].
Benefits
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

