“Həqiqətən din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Həqiqətən din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın və sevinin. Səhər tezdən, günorta vaxtı və gecənin bir hissəsindən istifadə edin”.
Explanation
O (Allahın salavatı və salamı onun üzərinə olsun) əməli kamil şəkildə yerinə yetirməyə qadir olmayanları, az da olsa daimi əmələ görə böyük mükafatın olması ilə müjdələmişdir. Çünki acizlik onun öz tərəfindən (öz səhlənkarlığından) deyilsə, bu, onun əcrinin azalmasını gərəkdirmir.
Bu dünya, əslində səfər yeri və axirətə keçid yeri olduğundan, o (Allahın salavatı və salamı onun üzərinə olsun) ibadətdə davamlı olmağa yardım etmək üçün onları üç stimullaşdırıcı vaxtlara həyata keçirtməyi əmr etmişdir:
Birincisi: səhər: günün əvvəli; sübh namazı ilə günəşin doğması arasında.
İkincisi: rovhə: günorta günəşin zeniti keçməsindən sonra.
Üçüncüsü: gecə: bütün gecə və ya onun bir hissəsi. Gecənin işi gündüzün işindən daha çətin olduğu üçün "və gecədən bir hissə" deyərək onun bir hissəsini əmr etmişdir.
Benefits
Qul səhlənkarlıq etmədən və həddi aşmadan bacardığı qədər Allahın əmrini yerinə yetirməlidir.
Qul ibadətdə gümrah olduğu vaxtları seçməlidir və xüsusən bu üç vaxt bədənin ibadət etmək üçün ən yaxşı vaxtlarıdır.
İbn Həcər Əsqaləni demişdir: “Sanki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müəyyən bir yerə gedən müsafirə xitab edir və bu üç vaxt müsafirin ən yaxşı vaxtıdır, buna görə də onun fəal olduğu vaxtlara diqqət çəkmişdir; Çünki müsafir gecə-gündüzün hamısını səfərdə keçirsə, acizləşər və səfəri yarımçıq qalar, lakin gümrah olduğu vaxtlarda hərəkət edərsə, çətinlik çəkmədən yoluna davam edə bilər".
İbn Həcər demişdir: "Bu hədisdə şəriət rüxsəti ilə əməl etməyə işarə vardır, çünki rüxsət məqamında əsil olanı götürmək özünü çətinliyə salmaqdır. Bu, sudan istifadə edə bilməyən kəsin təyəmmümü tərk edərək sudan istifadə etməklə özünə zərər vurmasına bənzəyir".
İbn əl-Munir dedi: "Bu hədisdə peyğəmbərlik əlamətlərindən bir əlamət vardır və biz görmüşük və bizdən əvvəlkilər də görüblər ki, dində çətinləşdirən hər kəs əməlini dayandırır və burada nəzərdə tutulan ibadətdə kamilliyə nail olmağı qadağan etmək deyil, əksinə bu tərif olunan işdir. Lakin, qəsd olunan bezməyə aparan həddi aşmaq və ya əfzəl olanı tərk etməyə səbəb olan könüllü işlərdə mübaliğə etmək və ya fərz ibadətini vaxtından sonraya saxlamaqdır, necə ki, bütün gecəni namaz qılan kəs camaat namazından yatıb qalır və ya günəş doğub namazın vaxtı çıxana qədər yatıb qalır".
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

