Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu
Choose an available translation of this Hadeeth
Hadeeth text
Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi bir neçə gün görmədi. Bir kişi: “Ey Allahın Rəsulu! Mən onun xəbərini öyrənib sənə gətirərəm” dedi. Kişi Sabitin evinə gedib baxdığında onu başını aşağı salıb, oturmuş bir halda olduğunu görüncə: “Sənə nə olub?” diyə soruşdu. O da: “Yaxşı deyiləm" dedi. Çünki mən səsimi Peyğəmbərin səsindən yuxarı qaldırırdım. Mənim əməlim batil oldu, Cəhənnəm əhlindən oldum” dedi. Kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib, Sabitin dediklərini bir-bir xəbər verərək durumu Ona anlatdı. Kişi ikinci dəfə Sabitin yanına böyük bir müjdə ilə qayıtdı. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) «Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu.
Explanation
Kişi, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək durumu Ona anlatdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də kişiyə bir daha Sabitin yanına getməsini və onun Cəhənnəm əhlindən deyil, Cənnət əhlindən olduğunu xəbər verməsini əmr etdi. Çünki Sabit bin Qeysin səsi yaradılışından etibarən gur idi və həmçinin o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ənsarın xətibi idi.
Benefits
Hədisdə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini görmədikdə onlar barədə soruşması və onlara önəm verməsi ifadə edilmişdir.
Səhabələrin (Allah onlardan razı olsun) əməllərinin boşa çıxmasından dolayı qorxmaları.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatda olarkən onunla danışarkən ədəbli olmağın, vəfatından sonra isə sünnəsini dinləyərkən səsin yüksəldilməməsinin vacib olması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

