Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun
Choose an available translation of this Hadeeth
Hadeeth text
İrbad bin Səriyənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Explanation
Benefits
Moizələrə və qəlblərin yumşalmasına verilən önəm.
Ondan sonra gələn raşidi xəlifələrinə - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli bin Əbi Talibə (Allah onların hamısından razı olsun) tabe olmağın əmr edilməsi.
Dində yeniliyin qadağan edilməsi və dindəki hər yeniliyin zəlalət olması.
Möminlərə rəhbərlik edən şəxsə -günahlardan başqa- digər məsələlərdə tabe olub, itaət etməyin əmr edilməsi.
Bütün zaman və hallarda izzət və cəlal sahibi olan Allahdan qorxmağın əhəmiyyəti.
Bu ümmətdə ixtilaflar baş verəcək, bu baş verdikdə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və raşidi xəlifələrinin yoluna müraciət etməyin vacibliyi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

