Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."
Explanation
İnsanın ömrü boyu əldə edəcək ruzisi, əcəli, yəni bu dünyada qalacaq müddət və əməlinin nəticəsi: xoşbəxt yaxud bədbəxt olacağı. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək bildirir ki, bir kəs cənnət əhlinin əməlini görür, insanların gözündə əməlisaleh olur, onun cənnətə girməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini görərək əməli bitmiş olur və cəhənnəmə daxil olur. Çünki əməlin qəbul olma şərti, onun üzərində sabit olmaq və dəyişdirməməkdir. Başqa bir qrup insan isə cəhənnəm əhlinin əməllərini edir, cəhənnəmə düşməyinə bir arşın qalmış, yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini görərək cənnətə daxil olur.
Benefits
"Əməllərə güvənib aldanmamaq" - xəbərdarlığı, çünki əməllər sonuna görə dəyərləndirilir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

