Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur. Kim də kor-koranə cahiliyyə bayrağı altında döyüşər, irqçilik üçün qəzəblənər və ya irqçiliyə dəvət edər yaxud da irqçiliyə yardım edər və bu əsnada öldürülürsə bu ölüm də cahiliyyə ölümüdür. Kim ümmətimə qarşı çıxıb, yaxşı olanını da, pis olanını da (ayırd etmədən) vurar, mömin olanlarına hörmət etməz, əhd sahibinə verdiyi sözü də yerinə yetirməzsə o, məndən deyildir, mən də ondan deyiləm".
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, kim, haqq ilə batili ayırd edilmədiyi bir bayraq altında döyüşərsə, dini və haqqı dəstəkləmək üçün deyil, əksinə, qövmünə və ya qəbiləsinə təəssübkeşlikdən dolayı qəzəblənərsə, bəsirət və elm olmadan döyüşər və bu hal üzərə öldürülürsə, o kimsə cahiliyyə adəti üzərində ölmüşdür.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmçinin, ümmətinə qarşı çıxmağın, saleh olanı, facir olandan ayırd etmədən hər birini vurmağın, etdiyi əmələ fikir verməməyin və mömin bir kimsəni öldürməsinin cəzasından qorxmamağın, özləri ilə əhd bağlayan əmr sahiblərinə və ya kafirlərə verdiyi əhdi tutmamağın böyük günahlardan olduğunu xəbər vermişdir. Kim bunları edərsə, hədisdə keçən şiddətli təhdidə məruz qalar.
Benefits
Bu hədis, əmr sahiblərinə qarşı çıxmaqdan, həmçinin, müsəlman camaatından ayrılmaqdan şiddətli bir şəkildə çəkindirmiş və xəbər vermişdir ki, kim də bu hal üzərində ölərsə, o kimsənin, cahiliyyə dönəmində yaşayan insanların öldüyü yol üzərində ölmüş kimidir.
Hadisdə irqçilik * edərək döyüşmək qadağan edilmişdir.
Əhdlərə vəfalı olmağın vacibliyi.
Əmr sahiblərinə itaət etməkdə, camaatla birlikdə olmaqda: çoxlu xeyir, əmin-amanlıq, arxayınlıq və xoş güzəran içində yaşamaq vardır.
Cahiliyyə dönəmindəki insanların durumlarına bənzər yaşamaq qadağan edilmişdir.
Müsəlman camaatına bağlı olmaq əmr edilmişdir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

