Elə rəhbərlər hakimiyyətə gələcəklər, siz (bəzi) əməllərini (düzgün) görəcək və (digərlərini isə) inkar edəcəksiniz. Beləliklə, kim (qəlblə) etiraz edəcəksə qurtulacaq, kim inkar edəcəksə xilas olacaq, amma həmin əməllərdən razı qalıb ardınca gedənlər günah qazanacaqlar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Möminlərin anası Ummu Sələmədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Elə rəhbərlər hakimiyyətə gələcəklər, siz (bəzi) əməllərini (düzgün) görəcək və (digərlərini isə) inkar edəcəksiniz. Beləliklə, kim (qəlblə) etiraz edəcəksə qurtulacaq, kim inkar edəcəksə xilas olacaq, amma həmin əməllərdən razı qalıb ardınca gedənlər günah qazanacaqlar”. Bu an soruşdular: "Onlara qarşı vuruşmayaqmı?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Namaz qıldıqları müddətdə xeyr”.
Explanation
Sonra Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: Bu xüsusiyyətlərə malik olan rəhbərlərə qarşı vuruşmayaqmı? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə onlara bunu qadağan etdi və dedi: "Xeyr, namaz qıldıqları müddətdə etməyin".
Benefits
Münkərlə razılaşmaq və onun tətbiqinə dəstək olmaq yolverilməzdir, əksinə onu inkar etmək vacibdir.
Rəhbərlər şəriətə zidd əməl etsələr, o zaman həmin əməllərdə onlara itaət etmək olmaz.
Yaranacaq fəsad, qan tökülməsi və əmin-amanlığın pozulmasına görə müsəlman rəhbərlərinə qarşı çıxmaq qadağandır. Günahkar rəhbərlərin münkər əməllərinə dözümlülük nümayiş etdirib, onların əziyyətlərinə səbr etmək bundan daha yüngül və təhlükəsizdir.
Namazın əhəmiyyəti böyükdür, o küfrlə İslamı fərqləndirən atributdur.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

