Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.
Explanation
Birincisi: Sədəqə vermək, hədiyyə etmək, qonaqpərvərlik və ziyafət vermək kimi əməlləri əhatə edən kasıbları yedizdirməyi çoxaltmaq. Aclıq və bahalıq dövründə kasıbları yedizdirməyin fəziləti daha da artır.
İkincisi: Tanıdığın və tanımadığın hər bir müsəlmana salam vermək.
Benefits
Salam vermək və yemək yedizdirmək fəzilətinə və hər zaman insanların onlara ehtiyac duyduqlarına görə İslamda ən fəzilətli əməllərdəndir.
Ehsan (xeyirxahlıq) bu iki xislətlə söz və əməldə birləşir və bu ehsanın ən kamil formasıdır.
Bu xüsusiyyətlər müsəlmanların öz aralarında necə rəftar etmələri ilə əlaqədardır. Həmçinin qulun öz Rəbbi ilə rəftarında da müəyyən xüsusiyyətlər vardır.
İlk olaraq salam vermək müsəlmanlara xasdır, kafirə isə ilk olaraq salam verilməməlidir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

