Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Əyyub Əl-Ənsaridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır".
Explanation
Bu iki küsülü kəsin ən xeyirlisi, aranı düzəltməyə çalışan, önə keçib birinci salam verəndir. Burda "hicr", yəni tərk etmək sözündə məqsəd, nəfsi üçün hicr etməyə aiddir. Amma Allah rizası üçün günahkarları, bidət əhlini, əxlaq cəhətdən pis yoldaşları tərk etmək, bu müəyyən bir vaxtla məhdudlaşmır, çünki bu növ insanları tərk etmək ümumi xeyir və fayda üçündür və islah olunduqca onlara qarşı tətbiq olunan hicr də aradan qaldırılır.
Benefits
Salam verməyin fəziləti, çünki o, nəfslərdə olan kin-küdurəti aradan qaldırır və eyni zamanda bu, sevgi və mehribançılığın bir əlamətidir.
İslamın qardaşlığa və müsəlmanlar arasında birliyə çağırışı.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

