Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq". Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Explanation
Allah qorxusu və gözəl əxlaq.
Allah qorxusu: Bu, özünlə Allahın əzabı arasında sədd qoymaqdır, bu isə Onun əmirlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə baş verir.
Gözəl əxlaq: gülər üzlü olmaq, xeyir etməyə can atmaq və əziyyət verməkdən çəkinməklə olur.
İnsanı cəhənnəmə salan səbəblərin ən başlıcası iki səbəbdir:
Dil və cinsiyyət orqanı.
Dilin işlətdiyi günahlar: yalan, qeybət, sözgəzdirmə və başqalarıdır.
Cinsiyyət orqanının işlətdiyi günahlar: zina, homoseksuallıq və başqalarıdır.
Benefits
Dilin, sahibi üçün təhlükə mənbəyi və cəhənnəmə daxil edən səbəblərdən olması.
Şəhvət və pozğunluğun insan üçün təhlükəsi və onun, insanları ən çox cəhənnəmə aparan səbəblərindən olması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

