الملك

 

Al-Mulk

 

The Sovereignty

1 - Al-Mulk (The Sovereignty) - 001

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
Mülk Əlində Olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir.

2 - Al-Mulk (The Sovereignty) - 002

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ
Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.

3 - Al-Mulk (The Sovereignty) - 003

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ
Yeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?

4 - Al-Mulk (The Sovereignty) - 004

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ
Sonra gözünü qaldırıb (göyə) təkrar təkrar bax. Göz (orada bir uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.

5 - Al-Mulk (The Sovereignty) - 005

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ
Biz səmanı ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

6 - Al-Mulk (The Sovereignty) - 006

وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
Rəbbinə küfür edənlər Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.

7 - Al-Mulk (The Sovereignty) - 007

إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ
Onlar (kafirlər) oraya atıldıqda Cəhənnəmin dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.

8 - Al-Mulk (The Sovereignty) - 008

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ
Cəhənnəm qəzəbindən az qala parçalansın. Ora (Cəhənnəmə) hər dəfə bir dəstə atıldıqda onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”– deyə soruşacaqlar.

9 - Al-Mulk (The Sovereignty) - 009

قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ
Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.

10 - Al-Mulk (The Sovereignty) - 010

وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ
Onlar: “Əgər biz (peyğəmbərləri) dinləsəydik və ya anlasaydıq Cəhənnəm əhli içində olmazdıq!”– deyəcəklər.

11 - Al-Mulk (The Sovereignty) - 011

فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ
Onlar öz günahlarını etiraf etdilər. Cəhənnəm əhli (Allahın rəhmətindən) uzaq olsun!

12 - Al-Mulk (The Sovereignty) - 012

إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ
Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var.

13 - Al-Mulk (The Sovereignty) - 013

وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(Ey insanlar!) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də (fərqi yoxdur). O, sinələrdə (qəlblərdə) olanları biləndir.

14 - Al-Mulk (The Sovereignty) - 014

أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ
Məgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar.

15 - Al-Mulk (The Sovereignty) - 015

هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ
Yeri sizin ixtiyarınıza verən Odur. Onun qoynunda gəzin və Allahın (sizə bəxş etdiyi) ruzisindən yeyin. Qayıdış da Onadır.

16 - Al-Mulk (The Sovereignty) - 016

ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ
(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.

17 - Al-Mulk (The Sovereignty) - 017

أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ
Yaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz.

18 - Al-Mulk (The Sovereignty) - 018

وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ
Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Bir görəydin) Mənim (onları) həlak etməyim necə oldu!

19 - Al-Mulk (The Sovereignty) - 019

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَـٰٓفَّـٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ
Məgər onlar üstlərində dəstə-dəstə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (havada) ancaq Rəhman (olan Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.

20 - Al-Mulk (The Sovereignty) - 020

أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ
Yaxud Rəhmandan başqa sizə yardım edəcək bu qoşununuz (tərəftarlarınız) kimdir? Kafirlər ancaq aldanmaqdadırlar!

21 - Al-Mulk (The Sovereignty) - 021

أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ
Yaxud O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) boyun qaçırmaqda davam edirlər.

22 - Al-Mulk (The Sovereignty) - 022

أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda dik gedən?

23 - Al-Mulk (The Sovereignty) - 023

قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ
(Ey Peyğəmbər!) De: “Sizi yaradan, sizə qulaqlar, gözlər və qəlblər verən Odur. Necə də az şükür edirsiniz!”

24 - Al-Mulk (The Sovereignty) - 024

قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ
(Ey Peyğəmbər!) De: “Sizi yer üzünə yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”

25 - Al-Mulk (The Sovereignty) - 025

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.

26 - Al-Mulk (The Sovereignty) - 026

قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ
(Ey Peyğəmbər!) De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!”

27 - Al-Mulk (The Sovereignty) - 027

فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ
Kafirlər əzabın yaxınlaşdığını gördükdə üzləri qaralacaq və onlara: “İstədiyiniz (əzab) budur!”– deyiləcəkdir.

28 - Al-Mulk (The Sovereignty) - 028

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ
(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”

29 - Al-Mulk (The Sovereignty) - 029

قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.

30 - Al-Mulk (The Sovereignty) - 030

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ
(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”

Scroll to Top