Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı
Choose an available translation of this Hadeeth
Hadeeth text
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir ki: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı.
Explanation
Benefits
Dəstəmaz və qüsl üçün istifadə olunan suyun miqdarının lazım olduğu qədər azaldılmasının müstəhəbliyi və bu, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yoludur.
Məqsəd, dəstəmaz və qüslun sünnət və ədəblərə riayət edilməklə, israf və əskiklik olmadan tam və düzgün şəkildə yerinə yetirilməsidir. Eyni zamanda, vaxt, suyun çoxluğu və azlığı və digər amillər də nəzərə alınmalıdır.
Cənabət dedikdə, meni ifraz edən və ya cinsi əlaqədə olan şəxs nəzərdə tutulur. Bu şəxs pak olana qədər namaz və digər ibadətlərdən uzaq durduğu üçün belə adlandırılmışdır.
Saa: Məlum çəkidir və bununla Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dövründəki saa nəzərdə tutulur və çəkiylə (480 misqal) yaxşı buğda ağırlığına və litrlə (3 litrə) uyğun gəlir.
Mudd: Şər'i ölçü vahididir ki, orta ölçülü adamın ovuclarını doldurduqda və onları uzatdıqda olan miqdarıdır. Fəqihlərin ittifaqı ilə mudd saanın dörddə biridir və onun miqdarı (750) millilitrdir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

