HadeethEnc · 1.31.0
Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı Quran idi
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Sad bin Hişam bin Amir Aişənin (Allah ondan razı olsun) otağına daxil olub dedi: Ey möminlərin anası, mənə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqından xəbər ver! Aişə anamız (Allah ondan razı olsun) isə belə cavab verdi: "Sən Quran oxumursanmı?". Dedim: "Əlbəttə oxuyuram". O dedi: "Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı Quran idi".
02
Explanation
Möminlərin anası Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı haqqında soruşulduqda o, geniş məna daşıyan bir neçə sözlə cavab verdi və sual verəni, bütün kamillik sifətlərini özündə cəmləşdirən Qurani-Kərimə yönləndirdi. Ona dedi: "Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Quran əxlaqını mənimsəmişdi, Quranda olan əmrləri yerinə yetirir, Quranın qadağan etdiklərindən isə çəkinirdi və əxlaqı sırf ona əməl etmək, onun məhdudiyyətlərinə riayət etmək, ədəb-ərkanı ilə ədəbli olmaq, Qurandakı misal qissələrdən ibrət almaq idi.
03
Benefits
Quran əxlaqını mənimsəyən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) örnək götürməyə təşviq edilmişdir.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqının mədhi və onun vəhydən qaynaqlanması.
Quran, bütün gözəl əxlaqın qaynağıdır.
İslam əxlaqı, əmrləri yerinə yetirib, qadağalardan çəkinməklə dini tam əhatə edir.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqının mədhi və onun vəhydən qaynaqlanması.
Quran, bütün gözəl əxlaqın qaynağıdır.
İslam əxlaqı, əmrləri yerinə yetirib, qadağalardan çəkinməklə dini tam əhatə edir.
Attribution
[Muslim Müslim uzun bir hədisdə rəvayət etmişdir]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

