“Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbul-Abbas Abdullah bin Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: Bir gün mən minik üzərində Rəsulullahın (sallallahu aleyhi və səlləm) arxa tərəfində idim, o, belə buyurdu: “Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir xeyir verə bilməzlər. Əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr qurumuşdur”. Tirmizidən başqa bir rəvayətdə belə buyurulur:
"Allahı qoru ki, Onu qarşında görəsən. Xoş gündə Allahı tanı ki, dar gündə, O, səni tanısın. Bil ki, səndən yan keçən bir şey, heç vaxt sənin başına gələ bilməzdi. Sənin başına gələn şey isə heç vaxt səndən yan keçə bilməzdi. Bil ki, qələbə səbirlə, çıxış yolu isə sıxıntı ilə birlikdədir və hər bir çətinliklə birlikdə asanlıq vardır”.
Explanation
Benefits
Əməlin mükafatı yaxud cəzası, onun növündəndir.
Yalnız Allaha təvəkkül edib, ona etimad etmək əmr edilmişdir. O nə gözəl qoruyandır.
Qəza və qədərə iman edib, ondan razı qalmaq, (bilmək lazımdır ki) həqiqətən Allah hər şeyi təqdir etmişdir.
Kim Allahın əmrinə riayət etməzsə, Allah da onu qoruyub, mühafizə etməz.
Ən böyük sevindirici xəbər budur ki, insan çətinliyə düşərsə, ardından gələcək rahatlığı gözləməlidir.
Qula müsibət baş verdikdə və sevdiyi bir şeyi itirdikdə təsəlli verici söz, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bu kəlamındadır: "Bil ki, sənin başına gələn şey - heç vaxt səndən yan keçə bilməzdi. Və səndən yan keçən bir şey isə, heç vaxt sənin başına gələ bilməzdi". Birinci cümlə xoşagəlməz bir hadisə baş verdikdə təsəllidir. İkinci cümlə isə sevilən bir şey əldən çıxdıqda təsəllidir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

