Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyra Abdurrahmən bin Saxr (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim: "Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən, sizdən əvvəlki ümmətləri, çoxlu sual verməkləri və öz peyğəmbərlərinə müxalif olmaqları həlak etmişdir".
Explanation
Benefits
Qadağalardan heç birini işləmək icazəli deyil, əmr edilənlər isə insanın gücü çatan qədər yerinə yetirilməlidir. Çünki bir şeyi tərk etmək daima mümkündür, lakin əmr olunan bir işi yerinə yetirmək üçün isə güc və qüdrət lazımdır.
Çox sual verməyin qadağan edilməsi. Alimlər sualı iki qismə bölmüşdür: Onlardan biri: Din məsələsində ehtiyac duyulan şeyləri öyrənmək üçün olandır ki, bunun özü əmr edilmişdir. Səhabələrin sualları da bu növdəndir. İkincisi: İnadkarlıq və çətinləşdirmə şəklində olan suallar və bu növ qadağan olunandır.
Bu ümmət, öncəki ümmətlərin etdiyi kimi edib peyğəmbərinə müxalif olmaqdan qadağan edilmişdir.
Qadağan olunan şey azı da, çoxu da əhatə edir. Çünki qadağan olunan şeydən çəkinmək yalnız onun azından və çoxundan çəkinməklə mümkündür. Məsələn: Allah bizə sələmi (faizi) qadağan etmişdir ki, bu sələmin həm azını, həm də çoxunu əhatə edir.
Haram olan şeyə aparan səbəbləri tərk etmək lazımdır. Çünki bu da "çəkinmək" anlayışına daxildir.
İnsan, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) əmrini eşitdikdə, "Bu vacibdirmi yoxsa müstəhəbdirmi?" – deməməlidir. Əksinə, o, dərhal buna əməl etməyə tələsməlidir. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur: "Onu bacardığınız qədər yerinə yetirin".
Çoxlu sual vermək — xüsusilə də qeybə aid məsələlər və Qiyamət gününün necə baş verəcəyi kimi bilinməsi mümkün olmayan mövzularda — insanı həlaka aparan bir səbəbdir. Bu kimi mövzularda çoxlu sual vermə, yoxsa həlak olar, həddi aşan və ifrata varan kimsələrdən olarsan.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

