Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Möminlərin əmiri Əbu Hafs Ömər bin Xattab (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim: "Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçün olarsa, onun hicrəti, Allah və Onun Rəsulu üçün olar. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görə olarsa, onun hicrəti hicrət etdiyi şey üçün olar".
Explanation
Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.
Benefits
İzzət və cəlal sahibi olan Allaha yaxınlaşdıran əməlləri mükəlləf olan insan adət olaraq edərsə, bunları Allah üçün etmədikcə, savab əldə etməz.
Niyyət ibadətləri bir-birindən, həmçinin ibadətlərlə adətləri bir-birindən ayırır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

