Kişinin, özünə aid olmayan şeyi tərk etməsi, onun İslamının gözəlliyindəndir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu əleyhi va səlləm) belə demişdir: "Kişinin, özünə aid olmayan şeyi tərk etməsi, onun İslamının gözəlliyindəndir".
Explanation
Benefits
Lağlağı və artıq söz və hərəkətlərdən uzaq durmaq, insanın İslamının kamilliyinin göstəricisidir.
İnsanı, dininə və dünyasına aid olan işlərlə məşğul olmasına təşviq etmək. Əgər insanın İslamının gözəlliyindən biri, ona aid olmayan şeyləri tərk etməsidirsə, deməli onun İslamının gözəlliyindən biri də, ona aidiyyəti olan şeylərlə məşğul olmasıdır.
İbn Qayyim (Allah ona rəhmət etsin) belə demişdir: “Peyğəmbər (sallallahu əleyhi va səlləm) bütün təqva anlayışını bir cümlədə cəmləmişdir və bu cür demişdir: "Kişinin, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının gözəlliyindəndir". Bu ifadə, insana aidiyyəti olmayan hər şeyin: istər söz, baxış, dinləmə, toxunma, yerimə, düşüncə, istərsə də digər zahiri və batini hərəkətlərin tərkini əhatə edir. Bu, təqva haqqında kifayət edən bir kəlamdır”.
İbn Rəcəb belə demişdir: Bu hədis ədəb qaydalarının əsaslarından bir əsasdır.
Elm öyrənməyə təşviq etmək. Çünki insan məhz elm vasitəsilə, nəyin ona aid olduğunu və nəyin ona aid olmadığını ayırd edə bilir.
Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək və nəsihət vermək insana aid olan işlərdəndir. Çünki o, bu şeylərlə əmr olunmuşdur.
Hədisin ümumi mənasına aşağıdakılar da daxildir: Uca Allahın haram buyurduğu və Peyğəmbərin (sallallahu əleyhi va səlləm) bəyənmədiyi — insana aid olmayan — işlərdən uzaq durmaq. Həmçinin insanın ehtiyac duymadığı axirət məsələləri, məsələn: qeyb aləminin həqiqətləri və yaradılışda və ilahi hökmdəki təfərrüatlar kimi şeylər də bu qəbildəndir. Eləcə də hələ baş verməmiş, çox nadir hallarda baş verə biləcək və ya heç vaxt baş verməsi mümkün olmayan ehtimal və fərziyyəvi məsələləri soruşmaq və müzakirə etmək bu hədisin əhatə dairəsinə daxildir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

