Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin" - dedilər
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Abbasdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib:" Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin" - dedilər. Bu zaman Uca Allahın: "Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər...." [Furqan 25 surəsi, ayə 68] və "(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin...." [Zümər 39 surəsi, ayə 53] ayəsi nazil oldu.
Explanation
Bu zaman Uca Allahın, günahlarının çox və böyük olmasına rəğmən insanlardan tövbəni qəbul etdiyini əgər belə olmasaydı onların küfür və azğınlıqlarında davam edəcəklərini və bu dini qəbul etməyəcəklərini bildirən iki ayəsi nazil oldu.
Benefits
Uca Allahın qullarına olan rəhmətinin genişliyi, məğfirəti və onları bağışlaması.
Şirkin, haqsız yerə adam öldürməyin və zina etməyin haram olması və bu günahları işləyənlərə əzab olunacağı barədə xəbər verilmişdir.
Səmimi tövbə, ixlas və saleh əməllərlə birlikdə olarsa, Uca Allaha küfür də daxil olmaqla bütün büyük günahlara kəffarə olur.
Uca Allahın rəhmətindən ümidini kəsib ümidsizliyə qapılmağın haram olması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

