Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun)
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: "Ona və onun əhli üçün orada nə hazırladığıma bax". Cəbrayıl ona baxdı və qayıdaraq dedi: "İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: "Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax". O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və: "İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram" - dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax". Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü. Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək". Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax". Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: "İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram".
Explanation
Benefits
Qeybə, izzət və cəlal sahibi olan Allah və Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) gələn hər bir şeyə iman gətirməyin vacibliyi.
Nəfsin sevmədiyi şeylərə qarşı səbr etməyin əhəmiyyəti, çünki o cənnətə aparacaq səbəbdir.
Haramlardan uzaq durmağın əhəmiyyəti, çünki, onlar cəhənnəmə aparacaq yollardır.
Cənnətin sevilməyən şeylərlə, cəhənnəmin şəhvətlərlə əhatələnməsi dünya həyatında imtahan və sınağın labüdlüyüdür.
Cənnət yolu çətin və məşəqqətlidir, imanla bərabər səbr və çətinliklərə sinə gərmək gərəklidir, cəhənnəm yolu isə dünyada şəhvət və ləzzətlərlə doludur.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

