Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Muazdan - Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Explanation
Benefits
Qulların Allah üzərində olan, Onun tərəfindən onlara fəzilət və nemət olaraq Allahın özünə vacib etdiyi haqlarının bəyanı: Onları cənnətinə daxil etməsi və onlara əzab verməməsi.
Burada Uca Allaha şərik qoşmayan tövhid əhlinə, son mənzillərinin cənnət olması ilə bağlı böyük müjdə vardır.
Muaz (Allah ondan razı olsun) elmi gizlətməyin günahından qorxduğu üçün ölümündən öncə bu hədisi söyləyir.
Bəzi insanların, mənalarını anlamayacaqlarından ehtiyat edib, onların yanında əməl etməklə və şəriətin hədlərindən hər hansı hədlə əlaqəsi olmayan bəzi hədisləri yaymamaq.
Tövhid əhli arasındakı günahkarlar Allahın istəyi altındadır, istəsə onları bağışlayar, istəsə onlara əzab verər, lakin sonda gedəcəkləri yer cənnətdir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

