HadeethEnc · 1.31.0
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alana lənət etmişdir
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alana lənət etmişdir.
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) rüşvət verənə və rüşvət alana Allahın rəhmətindən uzaq olması və qovulması üçün bəd dua etmişdir.
Bura, rüşvət verənin istədiyini haqsız yerə əldə edə bilməsi üçün hökm verdiyi məsələdə rüşvət alan hakimlər də daxildir.
Bura, rüşvət verənin istədiyini haqsız yerə əldə edə bilməsi üçün hökm verdiyi məsələdə rüşvət alan hakimlər də daxildir.
03
Benefits
Rüşvət vermək, rüşvət almaq və bu işdə araçılıq etmək, batilə yardım və kömək olunduğu üçün haramdır.
Rüşvət böyük günahlardandır. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) rüşvət alana da verənə də lənət etmişdir.
Rüşvət, məhkəmə və hökm məsələlərində, hakimləri insanlara zülüm etməyə və Allahın endirdiyindən başqası ilə hökm yerməyə sövq etdiyi üçün ən ağır və ən böyük günahdır.

Attribution
[Ət-Tirmizi və Əhməd rəvayət ediblər]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares